Bundan sonrasını biz təyin edəcəyik
XİN: "Ermənistan dərsini aldı"

"İki kəndi və strateji əhəmiyyətli təpəni ələ keçirdik. Əsgərlərimiz bir xətti daha yardı. Bundan sonrasını biz təyin edəcəyik". SİA xəbər verir ki, bu sözləri "karar.com"a açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hacıyev bildirib ki, Ermənistan cəbhədə gərginliyi artıqmaqla işğalçılıq siyasətinə beynəlxalq dəstək qazanmaq istəyir: "Son qarşıdurma bunun nəticəsidir. Cəbhə xəttində əsgərlərimizə atəş açdılar. Lakin bu dəfə 1 vətəndaş həyatını itirdi, 1 nəfər isə yaralandı. Azərbaycan hərbi qüvvələri buna misli ilə qarşılıq verdi. 12 şəhid verdik. Lakin çoxlu sayda erməni əsgər öldü. Həmçinin avadanlıq və silah itkiləri də çox oldu".

O vurğulayıb ki, BMT-nin qəbul etdiyi qərarlara baxmayaraq Ermənistan öz işğalçılıq siyasətini davam etdirir lakin Azərbaycanın verdiyi sərt cavabdan sonra sərhəd xəttində İrəvan siyasətinin deyil, Bakı rəhbərliyinin atacağı addımlar təyinedici rol oynayacaq: "Ermənistan dərsini aldı".

Bütün xəbərlər Facebook səhifəmizdə