"Azərbaycandan Avropaya köç etmək istəyən qeyri-hökumət təşkilatlarının rəhbərləri, müxalifət nümayəndələri mitinqlərdə polislə qarşı-qarşıya gəlib, şəkillərini çəkdirib xarici ölkələrdə özlərini göstərmələri təbii ki, siyasi mədəniyyətsizlikdir. Əgər kimsə siyasi mübarizə aparmaq niyyətindədirsə, o zaman dövlətin qanunları çərçivəsində fəaliyyətini aparmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, müxalifət adı ilə başqa ölkəyə sığınan yüzlərlə insan müxtəlif uydurmalarla Avropaya sığınıb: "Bu da əxlaqi cəhətdən doğru deyil. Yəni həqiqətən də müxalifətçilik missiyasını yerinə yetirirsənsə, ölkəni tərk etməyə hansısa mənada zərurət yaranıbsa, bu bir tərəfdən başadüşülən olar. Amma siyasətdən bixəbər insanların bu cür addımları doğrudan düşünüdürücüdür və heç də yaxşı hal deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB