Səxavət Əlisoy: “İntellektlə Arif Hacılı bir-birinə tərs mütənasibdir” AÇIQLAMA
"Müsavat partiyasının başqanı Arif Hacılıya təlimatların necə və kim tərəfindən verilməsi naməlum olaraq qalır". Bunu SİA-ya Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy deyib.
Onun sözlərinə görə, Arif Hacılının yürütdüyü xəttə kimliyindən asılı olmayaraq (siyasi məhbus, seçki məhbusu, vicdan məhbusu, qohumu, əqrəbası, kirvəsi) zidd gedən, onun siyasətini bəyənməyən adam partiya rəhbərliyində saxlanılmır: "Nəinki partiya rəhbərliyində, hətta partiya üzvlüyündə də saxlana bilməz. Bu, Arif Hacılının xislətidir".
O əlavə edib ki, Müsavatın heç bir gücü yoxdur: "Müsavat sadəcə bir dərnəkdir. Onlar heç vaxt ortaya intellektual söhbət qoymayacaqlar. Çünki intellektlə Arif Hacılı bir-birinə tərs mütənasibdir. Hacılının ağlına yaxından bələd olanlar təsdiq edər ki, adam ona biət etməyənlərin hamısını partiyadan uzaqlaşdıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB