BMT Avropa İttifaqını xəbərdar etdi

BMT Avropa İttifaqını xəbərdar etdi

BMT-nin Qaçqın Hüquqları bürosunun məruzəçisi Fransua Krepeu Avropa İttifaqı ölkələrini miqrant böhranı ilə bağlı xəbərdar edib. SİA-nın məlumatına görə, Krepeu Avropa İttifaqını miqrant böhranı ilə bağlı Türkiyədən istifadə edərək məsuliyyəti bu ölkənin üstünə atmaqda günahlandırıb.

O bildirib ki, Aİ bu məsələ ilə əlaqədar öz öhdəliklərini hələ də yerinə yetirməyib: "Avropa İttifaqı bu məsələdə Türkiyədən eşik gözətçisi kimi istifadə edə bilməz. Bir vaxtlar insan hüquqları və onların qorunması haqqında qanunlar hazırlayan Aİ ölkələri indi bu məsuliyyəti siyasi mənfəətlər uğruna üçüncü bir ölkənin üstünə atır".

Krepeu vurğulayıb ki, əgər Avropa İttifaqı sərhədlərini qorumaq istəyirsə, bunun üçün miqrantların etibarlı və nizamlı yollarla Avropaya keçməsini təmin etməlidir.

Qeyd edək ki, 17-18 mart tarixlərində Türkiyə və Avropa İttifaqı arasında sammit təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə