"Əgər bir qurum, hansısa sənədi qəbul edirsə (qətnamə, qərar, qanun) və onun icrasına nail olmursa mən o qurumu çox hörmətsiz hesab edirəm". Bunu SİA-ya millət vəkili Elman Məmmədov BMT-nin Dağlıq Qarabağla bağlı məlum 4 qətnaməsinin hələ də icra olunmamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu sənəd qəbul olunubsa, icra olunmalıdır: "Bəs bunu kim icra etdirməlidir? Təbii ki, ABŞ. Əgər Amerikanın o sənədləri icra etdirmək üçün cırtdan, cinayətkar, işğalçı, terrorçu dövlətə gücü çatmadığını söyləsək bu, çox səhv olar. Sadəcə olaraq ABŞ-da söz sahibi olan bir neçə dövlət onların iradəsi ilə fəaliyyət göstərən, idarə olunan bir quruma çevrilib. Beləcə BMT özü-öz qərarlarına, qətnamələrinə hörmətsiz yanaşır.
Həmin sənədlər yanlız böyük dövlətlər istədiyi halda icra olunacaq. Yəni Azərbaycan bu sənədlərin icrası ilə bağlı sadəcə tələblə çıxış edə bilər. Tələblərimizi ən yüksək səviyyədə hər fürsətdə çatdırmağımıza baxmayaraq, hələ də müsbət nəticə əldə edə bilməmişik. Bu da ABŞ-da söz sahibi olan dövlətlərlə əlaqədardır. Yəqin ki BMT-nin məlum qətnamələrinin icra olunması həmin dövlətlərə sərf etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB