Ekvadorun sabiq prezidenti: "Sözdə yox, əməldə konsepsiyaları birləşdirməliyik"
"Həyatda baş verənlərin əksəriyyəti müxtəlif yanaşmalara əsaslanır". SİA-nın məlumatına görə, bunu bu gün lV Qlobal Bakı Forumunda Ekvadorun sabiq prezidenti (1997) Rosalia Arteaqa Serranno deyib.
Onun sözlərinə görə, Avropanın, dünyanın bir çox yerlərindən bizim ölkəmizə də insanların axını olub: "Ekvador Cənubi Amerikada ən kiçik ölkədi amma buna baxmayaraq xeyli miqrantlar qəbul edir. Biz onlarla bağlı nə hiss edirik? Əgər biz digərlərinin yerində özümü hiss etməsək məsələləri həll etmək imkanımız yoxdur. Biz iki konsepti diqqətdən keçirməliyik. Qlobal vətəndaş və yerli səviyyədə olan insanlarıq. Biz konsepsiyaları sözdə yox, əməldə də birləşdirməliyik".
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB