Viktor Yuşenkodan maraqlı fikirlər

Viktor Yuşenkodan maraqlı fikirlər

"İnanıram ki, əgər əsas anlayışları dəyərləndirə bilsək, bizim polemikamız faydalı olar. Nəyə görə Ukraynanın işğal olunmuş ərazisində Rusiya ordusu var və onlar müharibə aparırlar". SİA-nın məlumatına görə, bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşenko lV Qlobal Bakı Forumu çərçivəsində "Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün bunlar Rusiyanın hərbi təcavüzüdür: "Avropada insanlar sülh şəraitində yaşayır və bunu hiss etmirlər: "Bu kimi münaqişələrə Dağlıq Qarabağı, Osetiya, Donbası və s. göstərə bilərik. Bu Rusiyanın xarici siyasətindən xəbər verir. Bu ilin fevralında xeyli sayda hərbi texnika tərəfindən atışma baş vermişdi. Onlar Ukraynadan tələb edirlər ki, seçkilər keçirilsin və konstitusiya dəyişdirilsin. Bu, Ukraynanın müstəqil dövlət kimi sonu deməkdir. Bunun nəticəsində xeyli sayda qaçqınlar olacaq. Danışıqların formatı münaqişənin formatını təmsil etməlidir. Avropa qurumları danışıqlar masasında iştirak etmirlər. Bu, geosiyasi münaqişədir. Bizim birləşməyimiz önəmlidir. Hər şey bizim əlimizdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə