Qənirə Paşayeva: "Ən çətin dövrlərimizi yaşayırıq"

Qənirə Paşayeva: "Ən çətin dövrlərimizi yaşayırıq"

Millət vəkili Qənirə Paşayeva Türkiyədə "Türkiyə-Azərbaycan əlaqələri və Qarabağ həqiqəti" mövzusunda konfransda iştirak edib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Kırşehir şəhərinin Ahi Evran Universitetində təşkil edilən konfranda çıxış edən millət vəkili 300 milyon türk əhalisinin enerji layihələrinin olduğu Avrasiya ərazisində əhəmiyyətli yer tutduğunu deyib.

Qənirə Paşayeva tədbirdə bu sözlərlə çıxş edib: "Ən çətin dövrlərdən birini yaşayırıq. Bunun fərqini varın. Yeni Çanaqqaladayıq. Bir vaxtlar ulu babalarımızın apardığı mübarizəni, indi biz davam etdirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə