Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri xanım Suzan Cəmil ADA Universitetinin rektoru, professor Hafiz Paşayevlə görüşüb. Səfirlikdən SİA-ya verilən məlumata görə, Azərbaycana səfir təyin edildiyi vaxtdan ölkəmizlə tanışlıqdan, xalqımızın qonaqpərvərliyinindən söz açan diplomat, ADA Universitetinin Azərbaycan təhsilindəki rolunu yüksək qiymətləndirib.
Rektor Hafiz Paşayev də öz növbəsində Universitetinin yaranma tarixindən, uğurlarından, müxtəlif universitetlərlə əlaqələri barədə məlumat verib.
Görüş zamanı tərəflər arasında Misir universitetləri və ADA Universiteti arasında təhsil əlaqələrinin və tələbə mübadiləsinin genişlənməsindən, yaxın vaxtlarda Misir Elm və Texnologiya Universiteti ilə ADA Universiteti arasında bağlanılması gözlənilən müqavilə haqqında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB