Cenevrə danışıqlarına yenidən start veriləcək Rəsmi

Cenevrə danışıqlarına yenidən start veriləcək Rəsmi

Fevralda fasilə verilən Cenevrə danışıqlarına martın ilk 10 günü ərzində yenidən start veriləcək. SİA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov məlumat verib.

Lavrov Cenevrədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan De Mistura ilə görüşüb. Görüşdən sonra açıqlama verən nazir, Steffan De Misturanın danışıqlara martın ilk 10 günü ərzində yenidən start veriləcəyini təsdiqlədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə