Küveyt və NATO razılaşma əldə edib. SİA-nın məlumatına görə, NATO qüvvələrinin Küveyt ərazisindən keçməsinin asanlaşdırılması ilə bağlı razılaşma əldə olunub.
Küveytin Xarici İşlər naziri Səhər Xalid Əl Həməd ölkəyə səfər edən NATO-nun baş katibi Cens Stoltenberq ilə ümumi mətbuat konfransı keçirib.
Nazir bildirib ki, bu saziş ölkənin suverenliyinə, təhlükəsizliyinə və siyasi müstəqilliyinə heç bir zərər verməyəcək. O vurğulayıb ki, razılaşma bərabərlik və qarşılıqlı mənfəət prinsipləri əsasında Küveyt və NATO üçün çox əhəmiyyətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB