Bu gün Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini Azərbaycan Respublikasına səfəri çərçivəsində Xarici İşlər Nazirliyində olub. SİA-nın məlumatına görə, Federika Mogerini nazirlikdə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşüb.
İkitərəfli və geniştərkibli görüşdə iki ölkə arasındakı münasibətlər, terrorizmə qarşı mübarizə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olunub.
Görüşdən sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB