“İran işğalçı dövlətlə diplomatik və iqtisadi əlaqələri dayandırarsa…” AÇIQLAMA

“İran işğalçı dövlətlə diplomatik və iqtisadi əlaqələri dayandırarsa…” AÇIQLAMA

"Azərbaycan prezidenti İlham Əliyevin İrana son rəsmi səfəri 2014-cü ilin aprel ayında baş verib və bu son bir ildə regionda əsaslı dəyişikliklər eyni zamanda yeni situasiya yarandığından növbəti görüşün keçirilməsi zərurəti ortaya çıxdı". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloq bildirib ki, bu müddət ərzində tərəflərin siyasi mövqelərində mümkün dəyişikliklər və iqtisadi əməkdaşlığın yeni formasının tapılması istiqamətində danışıqların aparılması zərurəti yaranmışdı: " Bu dəfəki görüş zamanı Qarabağ probleminin həlli bağlı hər hansı müsbət dəyişikliyin baş verməsini gözləmirəm. İran bu məsələdə mövqeyini dəyişməz olaraq saxlayır. İran rəhbərliyi sözdə Dağlıq Qarabağın Azərbaycan torpağı olmasını desə də, işğalçıların ərazilərimizi tərk etməsi istiqamətində heç bir əməli addım atmır və bundan sonra da atacağı inandırıcı görünmür. Cənub qonşumuzun Azərbaycana kömək etmək niyyəti olarsa, o zaman bizim İrandan istəyimiz işğalçı tərəflə diplomatik və iqtisadi əlaqələri dayandırması ola bilər. Bundan sonra torpaqların işğaldan azad olunması prosesi sürətlənə bilər.

Onun sözlərinə görə, İrana tətbiq olunan iqtisadi qadağalar aradan qaldırıldıqdan sonra neft və qaz ixracının Azərbaycan üzərindən edilməsinə nail omaqla yanaşı, bu ixracın Ermənistan üzərindən həyata keçirilməsinin qarşısı alınması istiqamətində danışıqlar aparılmalıdır: "Əvvəla, İran tərəfi inandırılmalıdır ki, Ermənistan ərazisindən nəql olunması nəzərdə tutulan karbohidrogen ehtiyatları layihəsi çox baha başa gələ bilər.Əgər bu ixrac Azərbaycan üzərindən reallaşarsa artıq mövcud olan infrastrukturlardan və kəmərlərdən yararlanmaq mükündür".

Bütün xəbərlər Facebook səhifəmizdə