Yaponiya Cənubi Koreyanın nəzarətində olan Tokto (yaponlar Takesima adlandırır-red.) adasına olan iddiasının qüvvədə qaldığını bəyan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu ada rəsmi Tokio ilə rəsmi Seul arasında mübahisəli ərazi kimi qalmaqdadır. Yaponiyanın nazirlər kabinetinin baş katibi Yösixide Suqa bildirib ki, adaya sahib olmaq iddiası onun ölkəsinin yürütdüyü siyasətin tərkib hissələrindən biridir. "Biz bu barədə siqnalları istər daxili, istərsə də xarici auditoriyaya verməkdə davam edəcəyik"-deyə Yaponiyanın rəsmi şəxsi vurğulayıb. O bu sözlərini Yaponiyanın prefekturasında olan Simanedə keçirilən və "Takesima adası günü"nə həsr olunmuş tədbirdəki çıxışında deyib.
Qeyd edək ki, "Takesima adası günü" adlı tədbir Cənubi Koreyada neqativ reaksiyalara səbəb olur. "Kiodo" agentliyi bildirir ki, Seulda fəaliyyət göstərən Yaponiya səfirliyinin qarşısına çoxsaylı etirazçı toplaşıb. Onlar "Tokoto adası Koreuyaya məxsusdur" –deyə şüarlar çağırıblar.
Yaponların Takesima adlandırdığı aripelaq bir neçə adalardan ibarətdir və Yapon dənizinin Qərbində yerləşir. Koreyalılar isə bu dənizi Şərq dənizi adlandırırlar. Adalar uğrunda iddialar isə 1945-ci ildən – Sovet ordusu Koreyanı Yaponiyanın kolonial hakimiyyətindən azad etdikdən sonra baş qaldırıb. Hazırda ada Koreyanın silahlı qüvvələrinin nəzarətindədir və orada hərbi qarnizon fəaliyyət göstərir. Rəsmi Tokio isə bəyan edir ki, Cənubi Koreya bu əraziləri qeyri-qanuni şəkildə istismar edir və işğal faktını reallaşdırır. Belə ki, adalar hələ 1905-ci ildən Yaponiya imperiyasının tərkibinə qatılıb.
Qeyd edək ki, Çin də bu məsələdə rəsmi Seulun tərəfdarı qismində çıxış edir. Rəsmi Pxenyan bəyan edir ki, adalar tarixlər boyu Koreya dövlətinə məxsus olub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB