Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyinin icraçı direktoru Rusiya Xalqlar Assambleyası Şurasının və Rusiya Xalqlarının "Biz rusiyalıyıq" Gənclər Assambleyasının mərkəzi koordinasiya şurasının birgə təşkil etdiyi geniş iclasda iştirak edib. SİA-nın məlumatına görə, iclas millətlərin işləri üzrə Federal agentlikdə keçirilib.
İclasda Rusiya prezidenti yanında millətlərarası Federasiyasının Şura üzvləri, Rusiya Federasiyasının ictimai palatası, Rusiya dövlət və hökümət nümayəndələri, ictimai təşkilat üzvləri, Ümumrusiya Azərbaycanlıları konqresinin Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun təmsilçiləri və bir çox millətlərin diaspor nümayəndələri iştirak ediblər
ASGA Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayev bildirib ki, biz ASGA Rusiya nümayəndəliyi olaraq Rusiyanın dövlət və QHT təşkilatları ilə birlikdə bir çox lahiyyələrdə iştirak etmişik: "4 noyabr Xalqlar günü münasibəti ilə keçrilən izdihamlı yürüşdə iştirak etmişik. Mən ümüd edirəm ki , bizim əməkdaşlığımız davam edəcək biz birlikdə daha çox müxtəlif lahiyyələrin həyata keçməsində ASGA olaraq yaxından iştirak edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB