Seymur Orucov: "İqtidar siyasi etika çərçivəsində tənqidə belə açıqdır" AÇIQLAMA
"Ölkəmizdə fəaliyyət göstərən radikal müxalifət partiyaları var ki, onların mövcudluğu artıq sual altındadır. Ətraflarında qalan 5-10 nəfəri də itirməklə üz-üzədirlər". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
Seymur Orucov qeyd edib ki, özünü müxalifət adlandıran bu təbəqə heç vaxt xalq tərəfindən qəbul edilməyib: "Baxmayaraq ki orada cəmləşən insanlar iqtidardan narazılıq edir, amma iqtidar partiyası hər zaman ölkədə fəaliyyət göstərən müxalifət partiyaları ilə dialoqa hazır olduğunu bəyan edir. İqtidar siyasi etika çərçivəsində tənqidə belə açıqdır. Təbii ki, burada normal müxalifətin tənqidindən söhbət gedir. Çünki sağlam müxalifətin inkişafı, mövcud olması hər bir cəmiyyət üçün labüddür. Əfsuslar olsun ki, Azərbaycan müxalifətini təmsil etmək vəzifəsini üzərinə götürən insanlarda müxalifətçilikdən əsər əlamət yoxdur. Dağlıq Qarabağ kimi ümummilli məsələni özünün məsələsi hesab etməyən bir qrupa, zümrəyə necə müxalifət demək olar və yaxud da onları necə qarşı tərəf kimi qəbul etmək olar? Bu, yolverilməzdir".
YAP GB-nin sədri onu da qeyd edib ki, hazırda müxalifət bir mini piket belə keçirmək iqtidarında deyil: "Son parlament seçkilərindən sonra demək olar ki, gücləri, potensialları bəlli oldu. Onların susqunluğunu bununla izah etsək, daha doğru olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB