Siyavuş Novruzov: “Leyla və Arif Yunuslar təxribat törətməkdə maraqlıdırlar” AÇIQLAMA
"Leyla və Arif Yunuslar törətdikləri cinayətlərlə əlaqədar olaraq məsuliyyətə cəlb olunmuşdular. Onların törətdiyi əməllər məhkəmə tərəfindən təsdiq olunmuşdu". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Leyla və Arif Yunusların xaricə maraq göstərmələrinə münasibət bildirərkən deyib.
YAP İcra katibinin müavinin sözlərinə görə, Azərbaycan dövlətinin hümanistliyi, ölkə rəhbərinin hümanist addımlar atması hər kəsə bəllidir: "Biz dəfələrlə görmüşük ki, Amnistiya Aktı imzalanıb və Əfv fərmanları verilib. Hətta ailəsində baş verən faciə ilə əlaqədar ayrı-ayrı məhbusların müəyyən müddətə azadlığa buraxılmasının, həmçinin müalicəyə ehtiyacı olan və yaxud da səhhəti həbsxana şəraitində imkan verməyən şəxslərin ev şəraitində müəyyən olunmuş cəzanı çəkməsinin şahidi oluruq. Leyla və Arif Yunuslar da o baxımdan, Azərbaycan dövlətinin hümanist addımından istifadə edərək onlar haqqında məhkəmənin çıxardığı qərarın başqa bir formasında yəni səhhətləri nəzərə alınaraq ev şəraitində öz cəza müddətlərini davam etdirirlər".
S.Novruzov əlavə edib ki, hər iki şəxsin xaricə getməsi isə bu prosesdən uzaqlaşmaq, onların guya bu və ya digər şəkildə hər hansı bir cinayəti törətməməsini dünya ictimaiyyətinə çatdırmaq, xaricdə anti-Azərbaycan qüvvələri ilə birlikdə ölkəmizə qarşı müxtəlif təxribatların törədilməsinə xidmət etmək məqsədi daşıyır: "Onlar dəfələrlə Azərbaycandan, ikinci ölkənin ərazisindən keçməklə Ermənistanda müxtəlif tədbirlərlə qatılmaqla işğalçı ölkənin demokratik dövlət olmaq imicini formalaşdırmağa çalışırlar. Heç də təsadüfi deyil ki, onlar xaricə getməklə bu cür addımları, prosesləri davam etdirəcəklər. Onlara 5 illik Şengen vizası verilib. Halbuki bu, ən üstün diplomatlara və yaxud dövlət başçılarına verilə bilir. Amma Azərbaycan vətəndaşları illərlə, aylarla Şengez vizasını almaqdan ötrü növbə gözləyirlər. Leyla və Arif Yunuslara isə bu viza bir saatın içində verilib. Təbii ki, bu da onun göstəricisidir ki, onlara himayəçilik edən şəxslər, erməni lobbisi ciddi cəhdlə çalışır ki, onlar Azərbaycanın ərazisini tərk etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB