Aparat rəhbəri: “Müsavat Azərbaycanda ictimai-siyasi fikrə təsirini itirib” AÇIQLAMA

Aparat rəhbəri: “Müsavat Azərbaycanda ictimai-siyasi fikrə təsirini itirib” AÇIQLAMA

"Ümumiyyətlə siyasi partiyalarda daxili demokratiya pozulduğundan partiya üzvləri problemi məhkəmələr vasitəsilə həll etməyə çalışırlar". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Binəqədi rayon Məhkəməsi tərəfindən Müsavat partiyasının qurultayının nəticələrinin ləğv olunması barədə qaldırdığı iddianın ləğv edilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, problemin məhkəmələr vasitəsilə həll edilməsi ziddiyətli nüanslara yol açır: "İndiyədək Müsavat partiyası bütövlükdə hesab edirdi ki, Azərbaycanda məhkəmə sistemi müstəqil deyil və məhkəmələr ədalətli qərar qəbul etmirlər.Amma bununla belə, Müsavat partiyasında baş vermiş problemlə bağlı sözügüdən partiya məhkəməyə müraciət edir. Deməli Müsavat artıq burada özü-öz mövqeyini təkzib etmiş olur. Məsələnin birinci tərəfi bundan ibarətdir. Digər tərəfdən isə partiyadaxilində gözlənilən azad düşüncəyə, fərqli fikirə münasibət birmənalı deyil.

Partiyada çoxluqdan fərqli düşünən azlıq qruplar yəni səlahiyyət sahibi olmayanlar çoxluq tərəfindən təqib olunur. Təbii ki, bu da Azərbaycan müxalifətinin ən böyük bədbəxtçiliyindən biridir. Bu partiya artıq geriyə doğru gedir. Düşünürəm ki, indiyədək az-çox üzdə olan Müsavat partiyası bundan sonra Azərbaycandakı ictimai-siyasi fikrinə təsirini bütövlükdə itirmək yolunu tutub".

Bütün xəbərlər Facebook səhifəmizdə