Hikmət Babaoğlu: “Koalisiya yaratmaq üçün intellektual siyasi təşkilatlanma olmalıdır” AÇIQLAMA

Hikmət Babaoğlu: “Koalisiya yaratmaq üçün intellektual siyasi təşkilatlanma olmalıdır” AÇIQLAMA

"Həmişə olduğu kimi, müxalifət yenə gecikib, yenə ictimai-siyasi proseslərin arxasınca sürünməyə cəhd edir. Məsələ ondadır ki, heç ölkəmizdə olan mövcud maliyyə-iqtisadi vəziyyət də onlar tərəfindən düzgün qiymətləndirilmir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində manatın devalivasiyaya uğramsı və onun yaratdığı bəzi çətinliklər artıq arxada qalıb: "Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində minimum zərərlə vəziyyət norallaşdırılıb və hazırda bir sıra effektiv addımların görulməsi üçün qanunvericilik bazası yaradılır. Müxalifətin isə hələ təzə yadına düşür ki, nəsə etmək lazımdır. Nə lazımdırsa hökumətimiz edib və edəcək. Azərbaycanda heç bir böhran yoxdur. Mətbuat vasitəsilə koalisiya yaratmaq haqqında ictimai dövriyyəyə yalançı informasiya buraxmaq isə müxalifətçiliyi bir növ imitasiya etməkdir. Koalisiya yaratmaq üçün ilk növbədə müəyyən bir intellektual siyasi təşkilatlanma olmalıdır. Belə resurs və təşkilatlanma isə müxalifətdə yoxdur, heç vaxt olmayib da. Ona gorə də belə informasiyalar sadəcə siyasi gündəmdə qalmağa hesablanıb" .

Bütün xəbərlər Facebook səhifəmizdə