Tural Abbaslıdan Müsavata sual

"Mən özümü İsa Qəmbərin və ya Müsavatın təşkil etdiyi tədbir və layihələrdə iştirakda məcbur hesab etmirəm". Bu fikirləri SİA-ya "AĞ Blok"un təsisçisi, Müsavatın keçmiş Divan üzvü Tural Abbaslı İsa Qəmbərin rəhbəri olduğu "Milli Strateji Düşüncə Mərkəzi"ndə deyil də "Anti-böhran" koalisiyasında təmsil olunması məsələsinə aydınlıq gətirərkən deyib.

O bildirib ki, bu mövqe daha çox seçim məsələsidir: "Yəni hər kəs bugünkü vəziyyəti analiz edib indiki vəziyyətdə faydalı olduğunu düşündüyü addımları atmalıdır. Mən də bu gün müxalifətin təmsil olunduğum koalisiyasının fəaliyyətini daha faydalı hesab etdiyim üçün oradayam. Eyni sualı siz onlara da ünvanlaya bilərsiniz ki, daha geniş müxalif spektoru əhatə edən koalisiyada niyə təmsil olunmursunuz? Mən daha çox real siyasi addımların tərəfdarıyam,nəinki nəzəri müzakirələrin".

Qubad İbadoğlunun rəhbərlik etdiyi "Azərbaycan Demokratiya və Rifah" Hərəkatında təmsil olunan bir çox insanlarla mövqeyi eyni olsa niyə ayrı bir partiya yaratmaq istəməsi barədə suala isə Tural Abbaslı belə cavab verib: "Bizim ADR-çilərlə bir çox məslələrdə fikirlərimiz üst-üstə düşə bilər.Ancaq bu o demək deyil ki, biz bütün məsələlərdə eyni cür düşünürük. Bizim bir çox məsələlərə münasibətlərimiz fərqlidir. Həm biz tam siyasi fəaliyyətin tərəfdarıyıq onlarsa daha çox ictimai fəaliyyətə üstünlük verirlər. Məsələn, son seçkilərə onlar təşkilat olaraq yox fərdlər olaraq qatılmağa üstünlük verdilər, bizsə blok halında qatıldıq. Həm bizim komanda daha çox gənclərdən ibarət olduğu üçün öz aramızda qərar qəbulu daha rahat olur. Ancaq, istənilən halda onlara fəaliyyətlərində uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə