Avropanın kosmik agentliyindən bildirilir ki, peyk vasitəsilə göndərilən şəkillərin analizindən sonra, nəhəngliyinə görə Boliviyada ikinci böyük göl kimi tanınan Poopo tamamilə buxarlanaraq yox olub. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, Pooponun quruma prosesini kosmosdan çəkilən şəkillər də sübut edir. Belə ki, 2014-cü ilin aprelində, 2015-ci ilin iyulunda və 2016-cı ilin yanvarında qeydə alınan fotolar da bu faktoru təsdiq edir. Poopo 3 min kv.km ərazini əhatə edib.
Lakin bu, Pooponun tamamilə buxarlanması ilə bağlı ilk hal deyil. Daha öncə bu cür hadisə 1994-cü ildə qeydə alınmışdı. Ancaq bir müddət sonra göl yenidən əmələ gəlmişdi. Bu dəfə isə ekspertlər yenidən gölün yaranması ehtimalının baş verməyəcəyindən ehtiyatlanırlar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB