"Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının xüsusi təyinatlı qüvvələrinin Suriyada – "İslam Dövləti" terror təşkilatına qarşı mübarizə aparmaq təşəbbüsünü dəstəkləyib". SİA xəbər verir ki, Səudiyyənin xarici işlər naziri Əbdül əl-Cübeyrin bəyanatını "inrefax.ru" saytı yayıb.
"ABŞ beynəlxalq koalisiyanın qərarı olarsa, xüsusi təyinatlılarımızın Suriyada terrorçulara qarşı əməliyyatlarda yer almasını qətiyyətli və pozitiv şəkildə qiymətləndirib. Bununla da krallıq bu güclərin bir hissəsi olacaq"-deyə nazir ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşündən sonra bildirib. Əbdül əl-Cübeyrin sözlərinə görə, bu dəstək bilavasitə Ağ Evdən gəldiyi üçün Con Kerri də təbii olaraq onların qərarına dəstək verməli oldu. Səudiyyəli nazir jəmçinin qeyd edib ki, Suriyada terrorçulara qarşı quru əməliyyatlarına başlamaq mümkünlüyü məhz rəsmi Vaşinqton tərəfindən irəli sürüldüyünə görə, çox yəqin ki, beynəlxalq koalisiyanın əməliyyatlarına da məhz ABŞ rəhbərlik edəcək.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi də ölkəsinin Səudiyyə Ərəbistanının təşəbbüsünə dəstək verdiyini təsdiqləyib. Lakin Departament rəsmisi mümkün əməliyyatlarım vaxtı və s. məsələlər barədə açıqlama verməyib.
"Biz quru əməliyyatları barədə söhbətlərimizi aparırıq və squru əməliyyatlarının səmərəli nəticə tapması üçün bütün imkanları təhlil edirik"- deyə Kirbi bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB