Prezident seçkiləri ərəfəsində Nyu-Gempşiredə keçirilən sosial sorğular nəticəsində məlum olub ki, namizədlərdən respublikaçı Donald Tramp və demokrat Berni Sanders liderliyi ələ alıblar. Ted Kruzla Hillari Klintonun isə Ayovada seçki kampaniyası çərçivəsindəki qələbələrindən sonra ikinci yerdə olduqları qeyd edilir. SİA-nın məlumatına görə, bu barədə "vesti.ru" yazır.
Bu dəfə namizədlərin daxili siyasətə daha çox üstünlük verdikləri bildirilir. Belə ki, Donald Tramp növbəti dəfə qalmaqallı bəyantla çıxış edib. O bəyan edib ki, Vaşinqton vaxtilə Ağ Ev üçün ciddi qalmaqal yaradan su ilə işgəncə aktı praktikasını yenidən tədbiq etməlidir. Halbuki, bu qanun 7 il öncə ləğv edilib: "Baxın, sizlərə nə deyəcəyəm. Yaxın Şərqdə insanlar xristianların başlarını kəsirlər. Ötən 100 ildə bu kimi vəhşi aksiyalar həyata keçirilmirdi. Bütün bunlar bizlərə orta əsrləri xatırladır. Ona görə də mən prezident seçilsəm, nəinki soyuq su şırnağı ilə işgəncə, eləcə də daha qəddar qanunamüvafiq işgəncələr tədbiq edəcəyəm".
Artıq onun bu kimi bəyanatından sonra ABŞ-da yeni Hitlerin yaranması barədə də söz-söhbətlər gəzir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB