"Milli Şura" üzvləri və orada təmsil olunanların digər müxalif şəbəkədə fəaliyyət göstərən siyasi partiyaları və təşkilatları bəyənmədiklərini hər dəfə öz çıxışlarımızda bildirmişik". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, buna da səbəb o deyil ki, "Milli Şura"da təmsil olunanlar ağıl dəryasıdır, sadəcə olaraq o qurumda təmsil olunanlar özlərini xarici himayədarlarına ölkənin ana müxalifəti obrazında təqdim etmək istəyirlər: "Əvvəllər də qeyd etdiyimiz kimi, müxalifət partiyalarının özləri arasında və hətta partiya daxilində də liderlik uğurunda kəskin mübarizə gedir. Bu mübarizənin də əsas məğzi xaricdən ayrılacaq maliyyə vəsaitinə görədir. Biz dəfələrlə şahidi olmuşuq ki, bu səbəbə görə müxalifət partiya sədrləri bir-birlərini xəyanətdə, dövlətlə əmkdaşlıqda və daha başqa məsələlərdə günahlandırıb gözdən salmağa çalışmışdılar. Bu xoşagəlməz proses bu gündə davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB