"İran və Azərbaycan dost ölkələrdir. Bu ölkənin Xocalı soyqrımını tanıması üçün kifayət qədər iş aparmaq lazımdır. Biz bu istiqamətlərdə çalışırıq". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.
O qeyd edib ki, Xocalı soyqrımı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası nəticəsində bir neçə dövlət, o cümlədən ABŞ-ın 20-ə yaxın ştatında qəbul olunub.
Deputat bildirib ki, İsrail prezientinin BMT-nin yüksək tribunasından Xocalı soyqrımı haqda səsləndirdiyi fikirlər yalnız ədalətə söykənir: "Ona bu cür tribunada Xocalını, Azərbaycan xalqının ağrılı, qara gününü yad etməsi və fikirlərinə görə təşəkkür edirəm. Bu, bizim üçün çox vacib və önəmlidir".
O vurğulayıb ki, digər dövlətlərdə Xocalı soyqrımının qəbul olunması üçün aparılan işlər davam etdirilir: "Bunlar asan məsələlər deyil. Hər-hansı bir dövlətin parlamentində Xocalı soyqırımı qəbul edilirsə, bunun üzərində böyük əmək, fəaliyyət dayanır. Bunlar aparılan işlərin nəticələridir. Daha da intensiv işləmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB