Azər Həsrət: “Düşmənin informasiyasına şübhə ilə yanaşmaq lazımdır” AÇIQLAMA

Azər Həsrət: “Düşmənin informasiyasına şübhə ilə yanaşmaq lazımdır” AÇIQLAMA

"Düşmən ölkənin istənilən informasiyasına şübhə ilə yanaşmaq lazımdır". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib.

Onun sözlərinə görə, düşmən hər hansı informasiyanı dövriyyəyə buraxarkən 2 əsas məqsədi güdür: "Birincisi, daxili auditoriyaya hesablanmış "biz güclüyük, biz hazırlıqlıyıq" məqsədidir. Yəni ölkə əhalisini arxayın etmək istəyirlər ki, hakimiyyətə problem yaranmasın. İkincisi isə Azərbaycan ictimai rəyini qorxutmaq, şübhə toxumu səpmək məqsədidir. Yəni ermənilər zaman-zaman belə informasiyaları tirajlamaqla bizi özlərinin heç də zəif olmadıqlarına inandırmaq istəyirlər. Təbii ki, bu baxımdan onların istənilən informasiyasına şübhə ilə yanaşmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə