Sarkisyanın qardaşından həyasız BƏYANAT

"Prezidentlik müddəti başa çatdıqdan sonra hakimiyyət rıçaqlarını əlində saxlayacaq"
Sarkisyanın qardaşından həyasız BƏYANAT

Ermənistan prezidenti Serj Sarkisyanın xüsusi işlər üzrə səfir vəzifəsində olan qardaşı Levon Sarkisyan "Azatutyun" ("Azadlıq") radiosuna müsahibəsində həyasız bəyanatla çıxış edib. SİA xəbər verir ki, işğalçı rejimin nümayəndəsi öz bəyanatında qardaşının prezidentlik müddəti başa çatdıqdan sonra belə, Ermənistanda söz sahibi olacağını bildirib: "Hesab edirəm ki, o (Serj Sarkisyan) partiya fəaliyyəti ilə məşğul olacaq və təbii ki, siyasətdə qalacaq".

"Ölkədə istənilən məsələnin həllində iştirak edəcək şəxslər arasında Serj Sarkisyan da adı yer alacaqmı" sualına cavab verən Levon Sarkisyan bildirib ki, əgər Respublikaçılar partiyası bundan sonra da ciddi rol oynayacaqsa, əlbəttə ki, Sarkisyan söz sahibi kimi qalmaqda davam edəcək.

Qeyd edək ki, Ermənistanın yeni Konstitutiyasına görə, ölkə parlament respublikasına çevriləcək və baş nazirə geniş səlahiyyətlər veriləcək. Ermənistandakı prosesləri müşahidə edən ekspertlər istisna etmirlər ki, ikinci prezidentlik müddəti başa çatdıqdan sonra Serj Sarkisyan hakimiyyətin rıçaqlarını əlində saxlamağa çalışacaq. Proqnoz edənlər deyirlər ki, Sarkisyan ya parlament sədri, ya da Respublikaçılar partiyasının ldieri kimi Ermənistanda baş verən hadisələrə təsir göstərməkdə davam edəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə