Aydın Mirzəzadə: “Dialoq demokratiyanın tərkib hissəsidir" AÇIQLAMA

Aydın Mirzəzadə: “Dialoq demokratiyanın tərkib hissəsidir" AÇIQLAMA

"Ümumiyyətlə dialoq tək dəyirmi masa arxasında olan söhbət deyil. Dialoq elə bir mühitdir ki, hər bir kəs, hər bir qüvvə öz fikrini açıq şəkildə ortaya qoya bilir və sərbəst şəkildə fikir mübadiləsi edir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bu il keçirilməsi planlaşdırılan iqtidar-müxalifət dialoqu haqqında danışarkən deyib.

Onun sözlərinə görə, dialoq demokratiyanın tərkib hissəsidir: "Bəzən elə dialoqu demokratiyanın özü kimi də qəbul edirlər. Yəni bu gün Azərbaycanda hər bir siyasi qüvvə, hər bir kəs istənilən məsələyə məhdudiyyət qoymadan fikir bildirə bilir. Bu baxımdan biz hesab edirik ki, ümumən götürdükdə ayrı-ayrı qüvvələr arasında bir dialoq mövcuddur. Onun birbaşa görüş formasına gəldikdə isə Yeni Azərbaycan Partiyası (YAP) buna hər zaman hazırdır. Prinsipcə istənilən vaxt bunu təşkil etmək mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə