Seymur Orucov: “Biz gənclər Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq” AÇIQLAMA

Seymur Orucov: “Biz gənclər Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq” AÇIQLAMA

"Bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında çox aktiv iştirak edir. İctimai rəyin formalaşmasından, ictimai tədbirlərin həyata keçirilməsindən tutmuş Azərbaycanın diaspora fəaliyyətində, ölkəmizdə beynəlxalq tədbirlərin təşkilində və bir çox beynəlxalq forumlarda Azərbaycan gəncliyi fəal iştirak edir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Onun sözlərinə görə, istər parlament, istərsə də yerli səviyyədə bu gün Azərbaycan gəncliyi seçkili orqanlarda təmsil olunur: "Eləcə də mərkəzi icra hakimiyyəti orqanlarında kifayət qədər Azərbaycan gəncləri fəaliyyət göstərirlər. Gələcəkdə nəzərdə tutulub ki, elm sahəsində də gənclərin sayı artsın və gəncləşmə orada daha çox olsun ki, yeni-yeni nailiyyətlər əldə edə bilək. Beləcə, gənclərimizin ölkəmizin ictimai və siyasi mühitində iştirakını çox yüksək qiymətləndirirəm. Təbii ki, bu da cənab Prezident İlham Əliyevin biz gənclərə yaratmış olduğu şəraitdən asılıdır. Ölkə rəhbəri biz gənclərə inanır, güvənir və bu cür yolları, üfiqləri açır. Heç şübhəsiz ki, bizlər də həmin tədbirlərdə iştirak edərək Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə