"Ötən gün Rusiyanın hərbi "Su-34" təyyarəsi həqiqətən Türkiyənin hava məkanını pozub". SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Mark Rayt bildirib.
ABŞ rəsmisi bildirib ki, onlar məlumatlardan xəbərdardırlar və bunu təsdiq edə bilərlər: "Ötən gün daha bir Rusiya hərbi təyyarəsi Türkiyə və NATO-nun hava məkanını pozub. Pentaqon Moskvanı Türkiyənin hava məkanına hörmətlə yanaşmağa və regionda gərginliyin artma riskinə gətirib çıxara biləcək hərəkətlərə son qoymağa çağırır".
Qeyd edək ki, məlum insidentdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezident Vladimir Putinlə görüşmək istədiyini bildirib. Türkiyə XİN dünən Rusiyaya məxsus "Su-34" hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğunu bəyan etsə də, Rusiya tərəfi bunu təkzib edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB