Politoloq: "Məsələyə qeyri-obyektiv yanaşma həlledici rol oynadı" AÇIQLAMA
"Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında müzakirəyə çıxardığı məsələlərin hər biri ölkəmiz üçün çox böyük önəm kəsb edir. Qeyd edim ki, AŞPA-nın gündəliyinə bu məslələrin salınmasının özü uğurlu addımdır". Bu fikirləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu deyib.
O qeyd edib ki, AŞPA-da müzakirəyə çıxarılan "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı qətnamənin qəbul olunması ölkəmiz üçün uğurlu nəticədir. Bildirib ki, müzakirə olunan "Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" qətnaməsinin qəbul olunmamasının isə müəyyən səbəbləri var: "ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə əvvəldən qeyri-obyektiv yanaşma nümayiş etdirərək, bunun AŞPA formatında müzakirə olunmasını məqbul saymadıqlarını bildirdilər. Qeyd etdilər ki, bu məsələlər ancaq Minsk qrupu formatında müzakirə olunmalıdır. Hesab edirəm ki, bu qətnamənin qəbul olunmamasının başlıca səbəbi ondan ibarətdir ki, münqişəyə obyektiv mövqe sərgiləməkdə maraqlı olan tərəflərin sayı azdır. Ən əsası da ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkələrinin məsələyə qeyri-obyektiv yanaşması həlledici rol oynadı. Qeyd etmək istəyirəm ki, bütün bunlara baxmayaraq, Azərbaycan münaqişənin tənzimlənməsi istiqamətində prinsipial addımlar atmağa qadir olduğunu göstərdi. Sözügedən qətnamələrin AŞPA-da müzakirəyə çıxarılması göstərir ki, Azərbaycan diplomatiyası bu istiqamətdə uğurlu addımlar atmaq iqtidadındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB