"İşğal olunmuş ərazilərimizin hərbi yolla qaytarılması prespektivi çox yaxındadır" AÇIQLAMA

"İşğal olunmuş ərazilərimizin hərbi yolla qaytarılması prespektivi çox yaxındadır" AÇIQLAMA

"ATƏT-in Minsk qrupu öz fəaliyyəti ilə əslində Dağlıq Qarabağ münaqişənin həlli yollarını axtarmaqla məşğul deyil". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, bu qrup yarandığı gündən regionda atəşkəs rejiminə əməl olunması və mövcud vəziyyətin dondurulmuş halda saxlanmasının tərəfdarı kimi çıxış edir: "Əslində belə bir mövqe işğala məruz qalmış tərəflə işğalçını eyniləşdirmək anlamını verir. AŞPA sesiyasında Dağlıq Qarabağın işğaldan azad olunması tələbi ilə təqdim olunan hesabata qarşı çıxan ATƏT üçlüyü bu siyasəti davam etdirmək niyyətlərində olduqlarını bir daha sübut etmiş oldular.Volterin məruzəsinin Dağlıq Qarabağ ve sərhədyanı bölgələrdə işğal faktı ilə bağlı olması səbəbindən bu qətnamənin qəbuluna qarşı slavyan ölkələrinin dəstəyi ilə 4 səs üstünlüyü ilə qarşısı alındı. Markoviçin hazırladığı qətnamədə də işğal faktı öz əksini tapmasına baxmayaraq, bu sənədin qəbul olunmasına əngəl törədilmədi. Beləliklə bu gün Avropa Şurasındakı nümayəndə heyətimiz məhsuldar işləyərək Qarabağın işğalını əks etdirən bir sənədin qəbul olunmasına nail olublar. Volter və Markoviçin Ermənistan əleyhinə olan hesabatlarına qarşı çıxaraq AŞPA-nı bu işlərə qarışmamağa çağırması münaqişənin daha da aqressiv fazaya keçməsinə səbəb ola bilər".

Azərbaycan öz torpaqlarını azad etmək barədə ciddi düşünür: "Lakin bəzi obyektyiv səbəblər üzündən Azərbaycan tərəfi bu münaqişənin müharibəsiz həlli variantından vaz keçməyib. İşğal olunmuş ərazilərimizin hərbi yolla qaytarılması prespektivi çox yaxındadır. Çox yaxın zamanlarda bu işğalın gerçəklənməsində əsaslı rol oynayan Rusiyanın yenidən keçən əsrin 90-cı illərin əvvəlindəki duruma düşdüyünü şahidi olacağıq. Çox güman ki, o zaman ATƏT amerikalı həmsədrinin də mövqeyi fərli olacaq. Hesab edirəm ki, slavyan mənşəli AŞPA baş katibi Sovitskinin xüsusi canfəşanlıq etməsinə baxmayaraq işğalçılıq faktını təsdiqləyən müəyyən qərar qəbul olundu. Bir qədər də çalışmaq gərəkdir. Avropa Şurasında bizə əngəl ola biləcək daxili problemlərimizin mövcudluğu kontekstində bu qərar böyük olmasa da uğur hesab oluna bilər. Avropa Şurasının ölkəmizə qarşı müəyyən dəyərlərinin əməl olunmamasına görə iradları var. Arzu edərdim ki, bizim nümayəndə heyəti bu əngəllərsiz avropa ailəsinin qarşısına çıxa bilsin. ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik bu bəyanatdan əvvəl dəfələrlə işğal olunmuş ərazilərin qaytarılmasının zəruriliyi barədə də bəyanatlar verib. Amma bir həqiqəti artıq açıq deməyin zamanı gəlib. Dağlıq Qarabağın işğalının arxasında deyil, lap önünüdə Rusiya dövləti dayanır. Ermənistan isə sadəcə sovet zamanında olduğu kimi başqasının adına alınmış əmlak sahibi durumundadır. Hər şeyi öz adı çağırmaq gərəkdir. Ola bilsin ki, Rusiya bu faktorla Avropa və Qərbə müəyyən təzyiqlər edir. ATƏT həmsədrlərindən olan amerika nümayəndəsinin bu təşəbbüsə qoşulması ilə təzyiqin nəticəsi ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə