Bielefeld şəhərində “20 Yanvar” şəhidlərinin xatirəsi anılıb

Bielefeld şəhərində “20 Yanvar” şəhidlərinin xatirəsi anılıb

Almaniyanın Bielefeld şəhərində, ATA ( Türk Akademikləri Assosiasiyası) təşkilatının iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə azərbaycanlılar və türk icmalarının üzvləri iştirak edib.

Şəhidlərimizin ruhu bir qəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar hadisələri ilə bağlı qısa film nümayiş olunub. Tədbirdə İğdır azərbaycanlısı, Azərbaycanda da tanınan şair və yazar Nizaməddin Onk, doktor Ruslan Cəfər, Adem Tunay çıxış edib. Çıxış edənlər şəhidlərimizin canlarından keçərək xalqımız üçün etdiyi fədakarlıqlardan, hadisələrin baş vermə səbəblərindən söz açıblar. Sumqayıt şəhərində 34 saylı orta məktəbin coğrafiya müəllimi işləmiş, hazırda təqaüddə olan Şərafət Haqverdiyevaya xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra Bielefeld Universitetində fəaliyyət göstərən ATA təşkilatının sədri Bahri Demirtaş da hadisə ilə bağlı fikirlərini söyləyib, müasir zamanda Türk-Azərbaycan birliyinin daha da önəmli olduğuna diqqət çəkərək, bundan sonra da xalqlarımızın hər zaman bir-birinin yanında olacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə