AXCP cameəsi ilə "Yeni Müsavat" qəzeti arasındakı münasibətlərin yenidən gərginləşməsi gündəmə qayıdıb. SİA-ya daxil olan məlumata görə, "Yeni Müsavat" qəzetinin baş redkatorunun müavini Azər Ayxan "Yurd" şefi Əli Kərimliyə qarşı ağır ittihamlarla çıxış edib. Təmsil olunduğu mətbu orqanında tənqidi çıxış edən qəzet rəsmisi sonradan öz fikirlərini "facebook" sosial şəbəkəsi vasitəsilə də ictimailəşdirib.
Azər Ayxan qeyd edib ki, müxalifət düşərgəsində satqınçılığın və xəyanətin təməlini məhz AXCP sədri Əli Kərimli qoyub: "Müxalifətdə satqınlıq, separatçılıq, liderinə xəyanət ənənəsini bu adam yaratdığı kimi, mətbuatın yazdıqlarına söyüşlə cavab vermək ənənəsinin də fundamentini AXCP sədri qoyub".
Lakin buna rəğmən, quyu qazanların özlərinin həmin quyuya düşdüyünü xatırladan Azər Ayxan Cəbhə sədrinin də eyni aqibəti yaşadığını bildirib: "Atalar gözəl deyib, özgəsinə qazdığın quyuya özün düşərsən. Əli Kərimli ən pis ənənələr üçün qazdığı quyuya çoxdan düşüb".
Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və qəzetin yazarlar heyəti son zamanlar Əli Kərimlinin rəhbərliyi ilə fəaliyyət göstərən və sosial şəbəkədə "söyüş qrupu" kimi tanınan tərəflərin təhqirlərinə məruz qalırlar. Qəzet rəhbərliyi qarşı tərəfə dəfələrlə xəbərdarlıq etsələr də, onlar bu xəbərdarlıqlara məhəl qoymamağa davam edir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB