Həmsədrlərin Dağlıq Qarabağla bağlı bəyanatı

Həmsədrlərin Dağlıq Qarabağla bağlı bəyanatı

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışı istiqamətində səyləri alqışlayır. SİA-nın məlumatına görə, bu barədə ATƏT Minsk qrupunun bəyanatında deyilir.

Qeyd olunur ki, həmsədrlər münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan hər kəslə birgə işləməyə hazırdır.

Bəyanatda bildirilir: "Biz anlayırıq ki, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yaxın vaxtlarda münaqişə ilə bağlı qətnaməyə baxa bilər və biz AŞ PA-ya, digər regional və beynəlxalq təşkilatlara xatırlatmaq istəyirik ki, Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə