Ekspert: “Özlərini qanundan kənar hesab edirlər” AÇIQLAMA

Ekspert: “Özlərini qanundan kənar hesab edirlər” AÇIQLAMA

"Ümumiyyətlə, Türkiyə Silahlı Qüvvələrinin qarşısında dayanan əsas məsələlərdən biri də qardaş və dost olan ölkələrin hərbiçilərinin müasir tələblərə cavab verən formada hazırlanmasıdır. Bu nöqteyi-nəzərdən ikitərəfli və çoxtərəfli əməkdaşlıq həyata keçirilir". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov Türkiyə-Azərbaycan-Qazaxıstan hərbiçilərinin birgə təkmilləşdirilməsi prosesinin həyata keçirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bundan əvvəl isə Türkiyə-Azərbaycan-Gürcüstan var idi: "Yəni Gürcüstan region ölkəsi olaraq Türkiyənin başçılığı altında NATO-ya qəbul mərhələsində öz fəaliyyətini qurmuşdu. Təbii ki, bu çox gözəl təcrübədir. Xüsusilə bu, Azərbaycan və Qazaxıstan üçün daha önəmli və vacibdir. Çünki Türkiyə Silahlı Qüvvələri NATO-nun aparıcı dövlətlərindən biridir. Ona görə də burada zabit kadrlarının hazırlanması, onların müasir risklərə, təhlükələrə hərtərəfli hazırlığı, bilik və bacarığının artırılması həm nəzəri, həm də praktiki baxımından mühüm əhəmiyyətə malikdir".

Ü. Cəfərov əlavə edib ki, bu gün Türkiyənin çox böyük hərbi ənənələri təcrübəsi var: "Bu nöqteyi-nəzərdən onlar xeyli vaxt ölkəmiz müstəqilliyini əldə etdikdən sonra Azərbaycana bütün qoşun növlərində dəstək göstərirlər. Artıq bu prosesə Qazaxıstan da qoşulub. Yəni bu, gələcəyə hesablanmış müsbət bir addımdır. Hesab edirəm ki, həmin addımı alqışılamaq, dəstəkləmək lazımdır. Bu gün qloballaşan və dəyişən dünyada bu əməkdaşlığın çox mühüm faydaları ola bilər. Çünki bəzi güclər, maraqlı qüvvələr özlərini qanundan kənar hesab edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə