"20 Yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan tarixinə yazılmış ən şərəfli günlərindən biridir. Həmin gün Azərbaycan istiqlalının qazanılmasında xalqımız yüzlərlə şəhid verdi. Təbii ki, həmin tarixdən 26 il ötməsinə baxmayaraq, on minlərlə insan şəhidlərimizi ziyarət etməklə bir daha onların qarşısında öz mənəvi borcunu yerinə yetirmiş olurlar. Yazıqlar olsun ki, hansısa siyasi partiya nümayəndələri belə bir gündə də öz maraqlarını güdməkdən çəkinmirlər". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı Əli Kərimlinin 20 Yanvar ümumxalq hüzn günündə Şəhidlər Xiyabanındakı ziyarət şəkillərini fotoşop etməsinə münasibət bildirərkən deyib.
Divan üzvü bildirib ki, şəhidləri ziyarət günü hansı partiyanın daha çox adam gətirməsi, bununla özünü reklam etməsi yolverilməzdir: "Mən də Əli Kərimlinin şəklini izlədim. Orada minlərlə insanın qarşısında şəkil çəkdirib öz elektoratı, partiya üzvü kimi təqdim etməsi yumşaq desək, siyasi cəhətdən qeyri-etikdir. Özünə hörmət qoyan siyasətçi bu yola əl atmaz".
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Şəhidlər Xiyabanını ziyarət edərkən, cəbhəçilər sosial şəbəkədə həmin şəkli izdihamlı göstərmək üçün fotoşopdan istifadə edərək, AXCP sədrinin təbliğatını aparıblar. Bu isə ictimai rəy tərəfindən kəskin şəkildə qınanılmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB