Əli Pənahov: “Azərbaycan dünyada qeyri-neft ölkəsi kimi tanınacaq” MÜNASİBƏT

Əli Pənahov: “Azərbaycan dünyada qeyri-neft ölkəsi kimi tanınacaq” MÜNASİBƏT

"Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar, verdiyi sərəncamlar ölkəmizin böhranın mənfi təsirlərindən qorunması yolunda atılan uğurlu addımlardır". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) sədr müavini, Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov dövlət başçısının qəbul etdiyi qərarların, verdiyi göstərişlərin dünya iqtisadi böhranının təsirinə məruz qalan Azərbaycanı mövcud vəziyyətdən çıxarmaqla yanaşı, bunu inkişaf üçün fürsətə çevirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadi inkişafını dünya iqtisadiyyatı proseslərinə uyğun şəkildə tənzimləyir: "Mövcud iqtisadi gərginlik şəraitində dövlət başçımızın qəbul etdiyi qərarlar Azərbaycanı inkişafa doğru aparır. Sahibkarlığın yolunun açılması, un və buğdanın əlavə dəyər vergisindən azad edilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yolunda pensiyaların və əmək haqlarının artırılması və digər qəbul edilən qərarlar bu istiqamətdə atılan düşünülmüş addımlardır".

"Azərbaycan regionun ən güclü dövlətidir. Region dövlətlərinin iqtisadiyyatı Azərbaycandan asılıdır. Cənab Prezidentin ölkənin mövcud resurslarından səmərəli istifadəsi gələcək inkişafımızın təməlidir. Azərbaycan neft ölkəsi kimi tanınsa da dövlət başçımızın göstərişləri əsasında turizmin, səhiyyənin, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə ölkəmiz qeyri-neft sektoru ölkəsi kimi də dünyaya təqdim olunacaq".

"Dünya bazarının hazırkı vəziyyəti ürəkaçan deyil. Hazırki vəziyyətdə iqtisadiyyatı neftdən asılı olan digər dövlətlər kimi Azərbaycan da müəyyən çətinliklərlə üzləşir. Əminəm ki, ölkəmiz bu vəziyyətdən də maksimum yüksək iqtisadi göstəricilərlə çıxa biləcək. Dollar Azərbaycanın pul vahidi deyil. Biz kənd təsərrüfatımızı inkişaf etdirərək, öz malımızı ixrac edərək manatımızı dünyaya tanıtdıra bilərik. Cənab Prezidentin verdiyi hər bir qərar iqtisadi inkişafımız üçün imkanlar yaradır. Biz Azərbaycan gəncliyi olaraq dövlət başçımızın yürütdüyü siyasətə bundan sonra da sadiqlik nümayiş etdirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə