Milli məsələləri unudub daxili didişmələrlə “qaynaşan müxalifət” MÜSAHİBƏ

Milli məsələləri unudub daxili didişmələrlə “qaynaşan müxalifət” MÜSAHİBƏ

Dünyanı əhatə edən qlobal böhran Azərbaycana da öz təsirini göstərir. Belə çətin anlarda hökumət tərəfindən iqtisadi çətinliklərin xalqa təsirini minimuma endirmək üçün tədbirlər həyata keçirilir. Cənab Prezident şəxsən bu işlərə nəzarət edir və adekvat göstərişlərini verir. Ölkə müxalifətinin başı isə yenə də daxili didişmələrə qarışıb və milli məsələlərə birlik nümayiş etdirməkdən uzaq görünürlər. Müsavatın keçmiş Divan üzvü, "Ağ Blok"un təsisçisi Tural Abbaslının müxalifətdə baş verən "ənənəvi proseslər", eyni zamanda gələcək planları barədə danışdıq. SİA həmin müsahibəni təqdim edir:

- Bildiyiniz kimi Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) Müsavat rəhbərliyini məhkəməyə verib. Siz hansı tərəfi haqlı hesab edirsiniz?

- Bizim ADR-çilər düşünürük ki, bu onların hüququdur. Bizim Qurultayda keçirilən seçkilərlə bağlı hər hansı etirazımız yoxdur. Bunu əvvəllər də bəyan etmişdik.Yəni həmin proseslərdə nə tərəfimizdən, nə də müşahidəçilərimiz tərəfindən hansısa neqativ hallar aşkarlamamışdıq. Odur ki, bu onların öz işidir. İstənilən halda istərdik ki, belə məsələlər partiya daxilində ədalət və demokratiya çərçivəsində həllini tapsın, ancaq təəssüf ki, artıq iş məhkəməyə qədər uzanıb. O ki qaldı hansı tərəfi haqlı hesab etməyimizə, biz özümüzü bu məsələdə tərəf hesab etmirik.

- Gülağa Aslanlının AXCP-yə birgə aksiya keçirmək təklifinə Nurəddin Məmmədli rədd cavabını verdi. AXCP-nin bu mövqeyini nə ilə əlaqələndirirsiniz?

- Təəssüf ki, müxalifətdaxili lüzumsuz mübarizə və yersiz rəqabət uzun müddətdir ki, davam edir. Milli məsələlərdə belə bir araya gəlməyi bacarmırlarsa, bu artıq onların dərin problemlərindən xəbər verir. Uzun illərdir real nəticə əldə etməyi bacarmayan siyasi şəxslərin bir-birlərinə bu cür münasibət göstərməsi mənə maraqsız gəlir. İndiki məqamda bundan daha vacib və ümdə məsələlər var. Öz enerji və diqqətimizi lazımi məsələlərin müsbət həllinə yönəltməyə çaışmalıyıq.

- "AĞ Blok"un partiyaya çevrilməsi üçün görülən işlər hansı mərhələdədir və əgər partiyaya çevriləcəksə, hazırki müxalifət partiyalarından hansı əsaslarla fərqlənəcək?

- "AĞ Partiya"nın quruculuğu istiqamətində hazırda təşkilatı işlər üzrə çalışırıq. Beləki bildiyiniz kimi partiya quruculuğu çox ağır prosesdir. Hələ əhalinin siyasi məsələlərə biganəliyini nəzərə alanda bu işin nə qədər qəliz olduğu bir daha ortaya çıxır. Ancaq biz çalışırıq ki, bütün Azərbaycan ərazisində tərəfdaş toplayaq və ciddi bir siyasi qurum quraq. Hələlik bir çox gənclərlə və bəzi siyasi simalarla görüşlər keçirir və məsləhətləşmələr aparırıq. Əgər "AĞ Partiya" elan olunacaqsa, bu digər partiyalardan daha çox real və nəticəyə hesablanmış məqsədyönlü siyasi kurs yürütməsi ilə fərqlənəcək.Təəssüflə qeyd etməliyəm ki, uzun illərdir müxalif arenasında faəliyyət göstərən partiyalar daha çox "mənəvi" qələbələr qazanmaqla məşğuldurlar. Biz daha çox səmimi mübarizəmizlə fərqlənəcəyik.Əlbəttə ki, bunu zaman göstərəcək

Bütün xəbərlər Facebook səhifəmizdə