Politoloq: "Erməni diasporu islam dövlətlərinə təsir göstərir" AÇIQLAMA
"Dağlıq Qarabağ münaqişəsinin həllində bəzi islam dövlətlərinin birmənalı mövqeyinin olmaması bir neçə amillə bağlıdır. İlk növbədə qeyd edim ki, burada erməni diasporunun əli var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.
Onun sözlərinə görə, əksər islam dövlətlərində erməni diasporu fəaliyyət göstərir: "Erməni diasporları həmin hökumətlərin fəaliyyətlərinə daxil olub. Onlar bəzi islam dövlətlərinə təsir göstərirlər. İkinci məqam isə odur ki, islam ölkələri sabit dövlət siyasəti yürütmürlər. Buna görə də bu dövlətlər bu gün səhv addımlar atırlar".
Politoloq bildirib ki, Azərbaycan islam ölkələri ilə geniş diplomatik əlaqələri dostluq əlaqələrinə çevirməlidir: "Ölkələrimiz arasında təkcə dostluq əlaqəsi yox, həm də strateji əməkdaşlıq olmalıdır. Biz ermənilərin əsl mənfur siyasətlərini bu ölkələrə başa salmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB