Politoloq: "Ermənistanın başının üzərində böyük ölüm xofu dayanıb" AÇIQLAMA

Politoloq: "Ermənistanın başının üzərində böyük ölüm xofu dayanıb" AÇIQLAMA

"Hazırda Ermənistanda vəziyyət dalana dirənib. Bu ölkə dərin sosial-iqtisadi böhrandan çıxmaq iqtidarında deyil. Ermənistanın böhran əleyhinə fəaliyyəti sıfıra bərabərdir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, Ermənistandakı hökumət böhrandan çıxmağa heç bir vasitə tapmır, heç bir mexanizm işləyib hazırlaya bilmir.

Politoloqun sözlərinə görə, bu baxımdan Serj Sarkisyan anlayır ki, onun manevr imkanları tükənib və geriyə yol yoxdur: "Ona görə, Sarkisyan müxalifət liderlərinə qarşı repressiyalara başlayıb. Belə getsə, orada vətəndaş itaətsizliyi baş alıb gedəcək. Heç kəs işləyə bilmir. Bütün dünyada dərin sosial-iqtisadi böhran baş alıb gedir. Bəzi ölkələr bu böhrandan uğurla çıxa biləcəklər. Məsələn, Azərbaycanın müxtəlif variantlar işlədərək, bu böhrandan çıxmağa imkanı var. Ancaq Ermənistan kimi ölkənin belə bir imkanı yoxdur. Ona görə Sarkisyan rejimi çıxış yolunu danışan səsləri boğmaq, aktiv etiraz edənləri səhnədən yığışdırmaq və onları zindanlara salmaqda görür. Bu yolun axırı yoxdur. Ermənistan bilməlidir ki, onun nicat yolu qoşunlarını Azərbaycan torpaqlarından çıxarmaq, oranı azad etməkdən ibarətdir. Belə olmasa, Türkiyə ilə münasibətləri daha da pisləşəcək. Ona görə də Ermənistanın başının üzərində böyük ölüm xofu dayanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə