Bəhruz Quliyev: "“SƏS” öz oxucularını sevilərək ətrafına cəmləyə bilib"

Bəhruz Quliyev: "“SƏS” öz oxucularını sevilərək ətrafına cəmləyə bilib"

""SƏS" qəzeti əqidəli, mövqeli, öz amalına sadiq olan bir qəzetdir. 25 ildə qəzet öz mövqeyindən dönməyərək Ulu Öndər Heydər Əliyev ideyalarının reallaşmasında üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlib. Əminliklə söyləyirəm ki, bundan sonra da "SƏS" qəzeti bu yolda mübarizə apararaq, ölkə reallıqlarını, Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siysəti ictimaiyyətə çatdırmaqda davam edəcək". Bunu SİA-ya "SƏS" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev "SƏS" qəzetinin yaranmasının 25 illik yubileyi münasibətilə fikirlərini bölüşərkən deyib.

Baş redaktor bildirib ki, "SƏS" qəzeti müasir müstəqil Azərbaycanın ilk mətbuat qaranquşlarından biridir: "Qəzetin yaranması elə bir dövrə təsadüf edir ki, məhz o illərdə ictimaiyyətə Heydər Əliyev ideyalarını çatdırmağa ehtiyac var idi. Belə bir zamanda Azərbaycan xalqının Heydər Əliyevə müraciətini dərc etmək kimi böyük bir missiyanı "SƏS" qəzeti öz üzərinə götürdü. Beləliklə, "SƏS" qəzeti öz adını Azərbaycanın mətbuat tarixinə, o cümlədən də müstəqillik tarixinə qızıl hərflərlə yazdı. Yeni Azərbaycan Partiyasının yubiley tədbirlərində, həmçinin müxtəlif tədbirlərdə Ümummilli Lider çıxışlarında "SƏS" qəzetinin fəaliyyətini daim yüksək qiymətləndirib, qəzetin yaradıcı heyətinə öz tövsüyələrini verib. Bu tövsüyələr bizlərə ruh verib ki, biz "SƏS"-i bir qədər də modernləşdirək, onu inkişaf etdirək və müasir tələblərə cavab verən qəzet səviyyəsində dərc etdirək. Hesab edirəm ki, 1991-ci ildən bu yana "SƏS" öz oxucularını sevilərək ətrafına cəmləyə bilib. Mən qəzetin bütün kollektivini və qəzetin ətrafında cəmləşən "SƏS" sevərləri səmimi qəlbdən təbrik edirəm. Onlara yeni-yeni uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə