Almaniya Polşa münasibətləri yenidən pozulur? QARŞIDURMA

Polşa XİN almaniyalı səfirə xəbərdalıq edib
Almaniya Polşa münasibətləri yenidən pozulur? QARŞIDURMA

Almaniyanın Varşavadakı səfiri Rolf Nikel Polşanın xarici işlər naziri Vitold Vaşikovski tərəfindən nazirliyə çağırılıb. SİA xəbər verir ki, bu barədə "DW" saytı məlumat yayıb. Məlumata görə, buna səbəb almaniyalı siyasilərin antipolyak çağırışları etmələridir. Polşa XİN-nin rəsmisi Artur Dmoxovskiy də bildirib ki, alman səfir məsələlərin araşdırlması üçün nazirliyə dəvət olunub.

Daha sonra isə Almaniya səfirliyinin əməkdaşlarından biri qeyd edib ki, almaniyalı siyasilər partnyorluq məqsədi ilə danışıqlara ümid edirlər. Görüş bu gün baş tutmalıdır.

Qeyd edək ki, Almaniyanın bir çox nüfuzlu siyasiləri Polşanın Konstitusiya məhkəməsinin KİV haqqında qərara dəyişikliklər edilməsinə qarşı sərt çıxışlar edərək hökumərin sağ konservantları tərəfindən işlənərək hazırlanmış qanun layihəsinə öz etirazlarını bildiriblər. Dəyişikliklər haqqında qərar Polşa seymi tərəfindən qəbul olunmuş, ardınca isə prezident Andje Dudo bu qərarın altına imza atmşdı.

Almaniya siyasiləri ilə yanaşı, Avropa İttifaqı da Polşanın KİV haqqında qanununa edilmiş dəyişikliklərə qarşı çıxıblar. Tənqidçilər hesab edirlər ki, bu amil azad ifadənin qarşısını kifayət qədər alır.

"Varşavada monitorinq keçirmək üçün, o cümlədən, qanun müxanizmlərini işə salmaq üçün kifayət qədər səbəb var"-deyə Avropa İttifaqının rəqəmli iqtisadiyyat və informasiya cəmiyyəti üzrə avrokomissarı Günter Ettinger bəyan edib.

Bundan əlavə, avropa Parlamentinin rəhbəri Martin Şults da bəyan edib ki, artıq həm sağ, həm də sol demokratik spektorların hər biri qətiyyətlə hesab edə bilərlər ki, Polşanın mövcud siyasəti Avropanın baza dəyərlərinə qarşıdır.

Xatırladaq ki, Polşanın KİV haqqında qanuna etdiyi düzəlişlərə və dəyişikliklərə görə, ölkənin ictimai-hüquqi teleradiokompaniyalarının rəhbərləri hökumət tərəfindən təyin olunacaq. Bu sənədə qarşı çıxanlar isə ehtiyat edirlər ki, polşa KİV-ləri hökumətin nəzarəti altına keçdikdən sonra məhz hakimiyyətin təbliğatını aparmağla məşğul olacaqlar.

Onu da qeyd edək ki, Polşanın bir sıra şəhərlərində yanvarın 9-dan başlayaraq mitinq və aksiyalar keçirilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə