Bir sıra ölkələrlə Azərbaycan arasında sazişlər təsdiq olunub

Bir sıra ölkələrlə Azərbaycan arasında sazişlər təsdiq olunub

V çağırış Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra ölkələrlə Azərbaycan arasında müxtəlif sahələrdə bəyannamə və sazişlər müzakirə olunub. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin, "Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" və "Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair" Sazişlərin təsdiq edilməsi barədə qanun layihələri müzakirə olunub.

Qanun layihələri səsə qoyularaq təsdiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə