“Hər iki şəxsin siyasi fəaliyyəti başqaları tərəfindən idarə olunur” AÇIQLAMA
"Ümumiyyətlə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Rəsul Quliyevin dünənə kimi Əbülfəz Elçibəyi təhqir edərkən bu gün durub mətbuatda onun haqqında müsbət fikirlər söyləməsi onların siyasi baxışlarındakı ziddiyyətlərdən xəbər verir". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, hər iki şəxsin siyasi baxışlarında ziddiyyətlərin olmasını bu gün də normal hal kimi qarşılamaq lazımdır: "Ona görə ki, siyasətlə məşğul olmaq istəyən bu şəxslər işlərinə gəlsə və himayədarları tapşırıq versə, sabah Məhəmmədin əmin Rəsulzadəni də tənqid edəcəklər və başqa bir gün tərifləyəcəklər. Yəni bu cür insanların nə özləri, nə də siyasi baxışları bir istiqamətdə ola bilmir. Çünki hər iki şəxsin siyasi fəaliyyəti başqaları tərəfindən idarə olunur. Bu gün də onların mətbuatda Əbülfəz Elçibəyi müdafiə etmələri özlərini Vətənə xəyanət edən şəxslər siyahısından çıxarmaq üçün bir cəhddir. Bu addım isə heç nəyi dəyişməyəcək. Çünki hər kəs bilir ki, bu iki şəxs Azərbaycan dövlətinə, xalqına və Əbülfəz Elçibəyin özünə dəfələrlə xəyanət etmiş şəxslərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB