Prezidentlərin görüşü dekabrın sonu reallaşa bilər Açıqlama

Prezidentlərin görüşü dekabrın sonu reallaşa bilər Açıqlama

"Görüşdən müəyyən bir nəticə əldə edilə bilər, lakin bu gözlənilən qədər olmayacaq". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, professor Rüstəm Məmmədov dekabrın sonunda gözlənilən prezidentlərin görüşü ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, dekabrın sonunda reallaşa biləcək görüşdə danışıqlar əsas etibarilə Dağlıq Qarabağ və onun ətrafındakı məsələlərlə bağlı aparılacaq: "Dekabrın sonunda belə bir görüşün olacağı gözlənilir. Lakin hələlik, bu görüşdən elə də əhəmiyyətli bir dəyişikliyin olacağı gözlənilmir".

Ermənistanın prezident idarə üsulundan parlamentli idarə üsuluna keçməsinin Dağlıq Qarabağ məsələsinə göstərə biləcəyi təsirdən danışan ekspert bunun məsələnin həllində heç bir rol oynamayacağını qeyd edib: "Ermənistanın parlament idarə üsuluna keçməsi Dağlıq Qarabağ məsələsinin həllinə heç bir təsir göstərməyəcək. Yəni idarə üsulunun dəyişməsi məsələnin həllinə elə də bir dəyişiklik gətirməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə