Elşən Musayev: “Biz Rusiya ilə dost, Türkiyə ilə qardaşıq” AÇIQLAMA

Elşən Musayev: “Biz Rusiya ilə dost, Türkiyə ilə qardaşıq” AÇIQLAMA

"Hesab edirəm ki, Rusiya tərəfinin öz məhsullarını Azərbaycan və Türkiyə vasitəsilə Avropaya daşınmasının qarşısını alacağı haqqında bəyanatı Rusiya-Türkiyə münaqişəsi fonunda Azərbaycan tərəfinin sərgilədiyi mövqe ilə bağlı ola bilər". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti, hakimiyyəti birmənalı şəkildə Türkiyənin yanında olduğunu bildirir: "Təbii ki, biz Rusiya dövləti ilə düşmən deyilik. Rəsmi Moskva ilə münasibətləri hər zaman qaydasında saxlamağın tənzimlənməyin tərəfdarıyıq. Sadəcə bəzi təzadlar var ki, onlar qaçılmazdır. Biz Rusiya ilə dostuq, amma Türkiyə ilə qardaşıq. Biz Qərb məsələsində, münaqişəsində, eləcə də Qərbin hər hansı bir təzyiqləri baş verərkən Rusiyanın yanındayıq. Eləcə də Avropa Parlamentində Rusiyaya qarşı ədalətlər yürüdüləndə, sanksiyalar veriləndə rəsmi Moskvanın tərəfində idik. Amma Türkiyə bizim üçün çox əsas mövzudur. Türkiyə bizim qardaşlarımız, əzizlərimizdir. Ona görə də hesab edirəm ki, Azərbaycan tərəfi Türkiyə məsələsində ortalığa birmənalı mövqe qoymaqla tamamilə düzgün addım atıb".

Bütün xəbərlər Facebook səhifəmizdə