Siyavuş Novruzov: “Fuad Qəhrəmanlı vətəndaşları itaətsizliyə çağırış edib” MÜNASİBƏT

Siyavuş Novruzov: “Fuad Qəhrəmanlı vətəndaşları itaətsizliyə çağırış edib” MÜNASİBƏT

"Ümumiyyətlə qanun qarşısında hər bir şəxs bərabərdir. Hansı partiyaya üzv olmasından asılı olmayaraq, hər kəs qanunun aliliyinə hörmətlə yanaşmalıdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının həbsinə münasibət bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Burada Əli Kərimli və onun ətrafında olanların ajiotaj yaratmasına da ehtiyac yoxdur. Əgər kiminsə təqsiri yoxdursa, o digər lazımi instansiyalara müraciət edə bilər. F.Qəhrəmanlının həbsində əsas səbəb vətəndaşları itaətsizliyə çağırış və dini qarşıdurma yaratmaq faktorudur. O, özünün "facebook" sosial şəbəkəsindəki səhifəsində vətəndaşlara çağırışlar edib. Bildiyiniz kimi, Cinayət Məcəlləsində də bu məsələlər qəti şəkildə qoyulub. Hətta "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna istinad edib bir yerə toplaşanda belə anti-dövlət, millət, xalq, etnik və dini qarşıdurma çağırışlarına yol vermək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə