Siyavuş Novruzov: “Növbəti ildən iqtidar-müxalifət dialoqu davam edəcək” AÇIQLAMA
"İndiyədək iqtidarla-müxalifət arasında bir neçə dəfə dialoq keçirilib. Dialoqun baş tutması isə çox əhəmiyyətlidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bundan sonra da iqtidarla-müxalifət arasında dialoq davam etdiriləcək: "Sadəcə olaraq hələ ki, ilin yekunudur. Növbəti ildən bu proseslər yeni mərhələdə, yeni baxışlarla, yeni məsələlərin gündəmə çıxması ilə davam edəcək. Azərbaycanda qeydiyyatdan keçmiş bütün partiyalar üçün bu dialoq açıqdır. Sadəcə olaraq bir-iki partiyanı çıxmaq şərtilə yerdə qalan bütün partiyalar bu dialoqda iştirak edirdi. Onların hər biri də öz təkliflərini təqdim edirdi. Beləcə bütün təkliflər toplanır, onun ardıcıllığı ilə də müzakirələr aparılırdı. Hesab edirəm ki, növbəti ildə də eyni proses davam etdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB