"Azərbaycanın işğal olunmuş ərazilərindən 7 rayonun geri qaytarılması barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun Belqradda səsləndirdiyi fikirləri tələsik sevincli qarşılayan qüvvələrə bir qədər tələsməməyi məsləhət görürəm". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, bu təklif yox? tələb olaraq ilk dəfə ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Ceym Urolik tərəfindən səsləndirilib: "Bu ilin əvvəlindən ortaya atılmış bu təklif uzun zamandır ki, müzakirə mövzusudur. Bu yaxınlarda məsələnin yenidən gündəmə gətirilməsi zamanı Sergey Lavrov buna sərt təpki göstərərk Qərbin kənar durmasını tələb etmişdi. Azərbaycan hakimiyyətinin uğurlu Qarabağ siyasətinin nəticəsidir ki, bu məsələ beynəlxalq qurumlar tərəfindən ardıcıl olaraq gündəliyə gətirilir. Lakin münaqişədə de-fakto işğalçı tərəf olan Rusiya torpaqların geri qaytarılmasını qətiyyən istəmir. Bu səbəbdən də mümkün olan bütün imkanlardan istifadə edərək münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasına çalışır və hələlik buna nail olub. Lavrovun son bəyanatını isə iki nöqteyi-nəzərdən təhlil etmək olar.
Birincisi, Rusiya görür ki, torpaqların qaytarılması prosesini nə qədər ləngitsə də bu qaçılmazdır və artıq konkret mövqe göstərməyin zamanıdır. Əks təqdirdə bu proses Rusiyanın iştirakı olmadan başlana bilər və bu da Ruisyanın regionda nüfuzunun sıfırlanması ilə nəticələnə bilər".
V.Əfəndiyev əlavə edib ki, ikinci ehtimal isə Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Azərbaycanın birmənalı olaraq qardaş ölkənin tərəfini tutması oldu: "Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq Azərbaycan hakimiyyətinin Türkiyədən Orta Asiya istiqamətinə Trans Xəzər marşrutu ilə daşınan yüklərə rüsumların 40 faiz azaldılması barədə ediyi güzəştlər Putinin qardaş ölkəni sıxışdırmaq cəhdini neytrallaşdırmış oldu. O səbəbdən də Putin hakmiyyəti bir növ bu bəyanatla Azərbaycanı növbəti dəfə şirnikləndirərək öz tərəfinə çəkməyə cəhd edir. Bütün bunlara baxmayaraq Rusiya hal-hazırda Ermənistanda yerləşən hərbi bazalarını güücləndirmək haqqında düşünür. Mənə elə gəlir ki, Lavrovun bu bəyanatı səmimi deyil və Rusiya tərəfdən xeyirli bir nəticə ilə yekunlaşmayacaq. Azərbaycan artq öz seçiminin Ümummilli lider Heydər Əliyevin zamanında edib. Bu seçim Avropaya inteqrasiya və Qərblə dostluq münasibətləridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB